AA 20250130 36914176 36914156 ABDDE HELIKOPTERLE UCAGIN CARPISTIGI KAZADA SAG KURTULAN OLMADIGI DUSUNULUYOR

Vaşinqtonda təyyarə qəzasında həlak olan sərnişinlərdən 41 nəfərin meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəisi Con Donnelli məlumat yayıb.

“Biz 41 nəfərin meyitini tapmışıq. Onlardan 28-nin şəxsiyyəti müəyyən edilib”, – deyə Donnelli deyib.

Xatırladaq ki, Vaşinqtonda təyyarə qəzası yanvarın 29-da baş verib. Sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub, nəticədə göyərtədə olan sərnişinlər və ekipaj üzvləri həlak olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: