Anons verildi: Qarabağda təxribatlar erkən başlaya bilər

Qarabağdakı separatçılar elan etdikləri kimi bir həftə sonra deyil, daha erkən “addımlar ata” bilərlər.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların saxta “dövlət naziri” Qurgen Nersisyan bildirib.

“Vəziyyət hər saat dəyişir və elə durum yarana bilər ki, bir həftə gözləmək mümkün olmaya bilər”, – o qeyd edib.

Bununla belə, separatçı konkret hansı addımların nəzərdə tutulduğunu yenə də açıqlamayıb.

Qeyd edək ki, bir qədər əvvəl Qarabağdakı separatçıbaşı Araik Arutyunyan beynəlxalq istimaiyyətin tədbir görməyəcəyi təqdirdə hansısa “sərt tədbirlərə əl atacaqlarını” açıqlayıb. O, daha sonra aclıq aksiyası keçirməyin də mümkünlüyündən bəhs edib.

Tahir Turan
Globalinfo.az