105894249 15572301173711u8a0015 scaled

Amerikalı investor Uorren Baffetin üç övladı milyarderin sərvətinin necə bölüşdürüləcəyi məsələsində hələ ortaq qərara gəlməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Baffetin böyük övladı, 73 yaşlı Syuzi Baffet sərvətin idarə olunması üçün vahid fondun yaradılacağı, yoxsa hər bir övladın ona ayrılan vəsaitdən müstəqil istifadə edəcəyi barədə hələ dəqiq qərar olmadığını bildirib. O, pulun müəyyən hissəsinin uşaqların təhsilinə sərf edilməsi variantını da nəzərdən keçirir.

Milyarderin digər övladı, 2025-ci ilin sentyabrından “Berkshire Hathaway” şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini tutan 71 yaşlı Hovard Baffet isə səhiyyə layihələrinə maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Baffetin kiçik oğlu, 68 yaşlı Piter isə milyardlarla dollara sahib olmağın heç kim üçün zəruri olmadığını düşünür.

Qeyd edək ki, Uorren Baffetin sərvəti 145 milyard dollar həcmində qiymətləndirilir. Bu göstərici ilə o, dünyanın ən varlı insanları siyahısında onuncu yerdə qərarlaşır.

Paylaş: