Araik Bakıya qarşı hansı addımı atacağını açıqladı – Gülünc metod

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın Xankəndidə oturaq aksiyaya başlaması ətrafında müzakirələr sosial şəbəkənin erməni seqmentində davam edir.

Globalinfo.az xəbər verir ki, Araik lazım olan hər yerə məktub yazdığını, ancaq cavab ala bilmədiyini söyləyib.

Gecə saatlarında qondarma “parlamentin deputatları” onu ziyarət ediblər. Onlar A.Arutyunyandan söz verdiyi növbəti “sərt addımlar”ın nədən ibarət olduğunu soruşublar.

Separatçıların başçısı detalları açıqlamasa da, aclıq aksiyası keçirə biləcəklərini qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az