Azərbaycan Ordusu Şuşanı belə azad etdi – “Araik mənə dedi ki…”

“Müharibə zamanı Şuşanın təhlükədə olduğunu anladığım üçün oranın müdafiəsinin daha güclü təşkili üçün göstəriş verdim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran komissiya qarşısında ifadə verərkən deyib.

Paşinyan Şuşanın Azərbaycan hərbçilərinin nəzarətinə keçdiyini ilk dəfə separatçıların rəhbərindən öyrəndiyini bildirib:

“Mənə bildirildi ki, müdafiə üçün lazım olan bütün tədbirlər görülüb. Ancaq daha sonra Şuşanın Zarıslı kəndində müdafiə xəttinin yarıldığı, Azərbaycan hərbçilərinin Laçın-Xankəndi yolununa çıxdığı haqqında məlumat aldım. Araik Arutyunyan mənə bu barədə xəbər verdi. Amma onun məlumatını Baş Qərargah təkzib etdi, yalnız bir müddət sonra etiraf etmək məcburiyyətində qaldılar.

Şuşa ilə bağlı ürəkağrıdan xəbərlər çoxalırdı. Nəhayət, noyabrın 7-də mənə Şuşanın itirildiyi bildirildi. O an şəhəri geri qaytaracağıma dair özümə söz verdim. Sonra əks-hücum əməliyyatlarına başladığımızı və müəyyən uğurlar qazandığımızı bildirlər. Noyabrın 9-da mən məlum sənədim imzaladım. Həmin gecə hökumət binasına basqın oldu. Bir-iki gün sonra işdə çıxdığım zaman isə Şuşanın tamamilə itirildiyini öyrəndim”.

Ayşən Mustafa
Globalinfo.az