
Maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə “Mançester Siti” klubunu mövsümün sonunda İngiltərə Premyer Liqasından (İPL) kənarda qalmasına səbəb ola biləcək ciddi xal cəzası gözləyə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə çempionuna böyük məbləğdə maliyyə cəriməsinin tətbiq olunması da ehtimal edilir.
Qeyd edək ki, daha əvvəl Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli hesab etdiyini açıqlayıb.