2 74690532

PSJ-nin baş məşqçisi Luis Enrike Fransada baş verən kütləvi iğtişaşlara baxmayaraq, “Barselona” ilə UEFA Çempionlar Liqası qarşılaşmasının normal şəraitdə keçiriləcəyinə ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssis qeyd edib ki, onun əsas vəzifəsi futbola diqqət yetirməkdir.

“Belə zorakılıq hallarının baş verməsi, şübhəsiz ki, bizi məyus edir. Mənim vəzifəm futboldan danışmaqdır. Ümid edirəm ki, qarşılaşma normal şəraitdə keçiriləcək”, – deyə Luis Enrike qeyd edib.

Qeyd edək ki, PSJ sabah Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Barselona”nı qəbul edəcək. Parisdəki “Park de Prens” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: