
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask 2027-ci ildə ABŞ-də yaşayan hər bir uşağa “SpaceX” şirkətinin bir səhmini hədiyyə etmək niyyətində olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, milyarder bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Gələn il Amerikadakı hər bir uşağa “SpaceX” səhmlərimdən birini verəcəyəm”, – deyə Mask bildirib.
O, səhmlərin hansı qaydada paylanacağı və kimlərin bu imkandan yararlana biləcəyi barədə hələlik ətraflı məlumat açıqlamayıb.
Qeyd edək ki, kosmik texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan “SpaceX” şirkəti 2002-ci ildə İlon Mask tərəfindən yaradılıb. 2026-cı ilin fevralında şirkət Maskın digər müəssisəsi olan “xAI” ilə birləşib.
Əliyar Xəlil,