Riyadh AE 00540905 scaled

Yəməndəki husilərin hücumları ilə bağlı yaranan təhlükəsizlik narahatlıqları səbəbindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılan “Gələcək İnvestisiya Təşəbbüsü” (Future Investment Initiative) forumunun təxirə salınması gündəmdədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “Səhranın Davosu” adlandırılan beynəlxalq biznes tədbirinin gələn həftə planlaşdırıldığı kimi əyani formatda keçirilməsi gözlənilmir.

Hazırda təşkilatçılar forumun nəzərdə tutulan tarixlərdə videokonfrans vasitəsilə təşkili və ya başqa vaxta keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

Bu müzakirələr husilərin son günlər Səudiyyə Ərəbistanının neft obyektlərinə, hava limanlarına və hərbi infrastrukturuna hücum etdikləri barədə açıqlamalarından sonra başlayıb.

Forumun keçirilmə tarixi və formatı ilə bağlı hələlik yekun qərar açıqlanmayıb.

Paylaş: