4042964 0 42049100 1755686945 shutterstock 2570454171 scaled

ABŞ hökuməti mülki dövlət qurumlarına Çinin “DeepSeek” süni intellekt xidmətini informasiya sistemlərindən tamamilə silmək və şirkətin məhsul və xidmətlərini satın almamaq barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı bildirişdə məlumat verilib.

Bildirişdə qeyd olunub ki, daxili təhlükəsizlik naziri mülki dövlət qurumlarının informasiya sistemlərindən “DeepSeek”ə və onunla əlaqəli təşkilatlara məxsus bütün məhsulların çıxarılmasını nəzərdə tutan sərəncam imzalayıb.

Qərara əsasən, ABŞ-nin mülki dövlət idarələrinə “Hangzhou DeepSeek Artificial Intelligence Co. Ltd.” şirkətindən hər hansı məhsul və ya xidmət almaq da qadağan edilib.

Daxili Təhlükəsizlik Nazirliyinin qiymətləndirməsinə görə, “DeepSeek” modelləri bir sıra potensial təhlükələr yaradır. Qurum xəbərdarlıq edib ki, bu süni intellekt xidmətindən ABŞ hökumətinin əməkdaşlarının və ya podratçılarının istifadə etməsi məxfi məlumatların Çinə sızması riski yarada bilər.

Bildirilib ki, sözügedən süni intellekt modellərində zərərli proqram təminatı və digər kibertəhlükəsizlik boşluqları da mövcud ola bilər.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: