
Qubada ana və körpəsi dünyasını dəyişib.
Belə ki, Xaçmaz rayonunun Hülövlü kənd sakini 24 yaşlı Samirə Nəsirova doğuş üçün Quba Regional Perinatal Mərkəzinə gətirilib. Vurulan iynədən sonra vəziyyəti pisləşib, ana və bətnindəki körpə vəfat edib.
Həyat yoldaşı Habil Məmmədzahidov mərhumun əməliyyatdan öncə səhhətində heç bir probleminin olmadığını deyib:
“Hər şeyi normal idi. Avqustun 21-i səhər əməliyyata girdi. İyirmi dəqiqə sonra həkim gəlib dedi ki, vəziyyəti ağırdır. Bir az keçəndən sonra xəbər verildi ki, xəstə keçinib. Narkozu vuranda 2 dəfə çırpınıb, sonra keçinib. Bəlkə də dozanı çox vurub”.
Ətraflı Baku TV-nin süjetində:
***14:59
Avqustun 21-də 2000-ci il təvəllüdlü Quba rayonu sakini “Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.
Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
***13:02
Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Globalinfo.az bildirir ki, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Xaçmaz rayon Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edib. Lakin ənəməliyyat zamanı o və körpəsi ölüb.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.