Rus Dram Teatrının heyətini daşıyan avtobus qəzaya düşdü

Şəkidə yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Globalinfo.az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib. Nəticədə avtobusun 2 yan şüşəsi sınıb.

Qeyd edilib ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də xəsarət almayıb.