Amerikalı aktyor Stiven Siqal Rusiyanın xarici işlər naziri Sergey Lavrova heyran olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Siqal Rusiyada ən çox hansı siyasətçiyə heyran olduğu ilə bağlı suala cavab verərkən Lavrovun adını çəkib.
Aktyora bu sual Yekaterinburqda keçirilən Beynəlxalq Gənclər Festivalı çərçivəsində “Znanie.Pervıye” federal maarifləndirici marafonunda verilib.
“Əlbəttə, bu, Sergey Lavrovdur”, – deyə aktyor bildirib.
Siqal həmçinin Rusiya Prezidenti Vladimir Putini “dünyanın ən böyük lideri” adlandırıb.
Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb. 2024-cü ilin may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin aktyoru beynəlxalq mədəni-humanitar əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edib.
Daha əvvəl Stiven Siqalın ABŞ-dakı bütün daşınmaz əmlakından imtina etdiyi barədə məlumat yayılıb.
Əliyar Xəlil
Globalinfo.az