bastrikin

Baş prokuror Kamran Əliyevin dəvətilə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorun Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli görüşdə Baş prokuror Kamran Əliyev iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib, prokurorluqda aparılan genişmiqyaslı islahatlar çərçivəsində Elektron prokurorluq informasiya sisteminin fəaliyyəti barədə qonaqlara məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçiriləcəyini bildirən Baş prokuror, istintaq orqanlarının ekoloji sahədə törədilən hüquqpozmalara qarşı gördüyü tədbirlərin önəmini vurğulayıb.

Aleksandr Bastrık iki dost və tərəfdaş dövlətin istintaq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirib. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb.

Əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya İstintaq Komitəsi arasında 2024-2026-cı illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. İmzalanma mərasimi çərçivəsində Aleksandr Bastrıkin Baş prokuror Kamran Əliyevi “Vəzifə borcuna sadiqliyə görə” medalı ilə, Baş prokuror isə həmkarını “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı ilə təltif edib.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Azərbaycana işgüzar səfəri başa çatıb.

65f9990c92b3165f9990c92b32171085646065f9990c92b2f65f9990c92b30 65f9990c8776f65f9990c87770171085646065f9990c8776d65f9990c8776e 65f9990c7c19565f9990c7c196171085646065f9990c7c19265f9990c7c194 65f9990c6343265f9990c63433171085646065f9990c6343065f9990c63431 65f9990c5720065f9990c57201171085646065f9990c571fd65f9990c571ff 65f9990c4a75865f9990c4a759171085646065f9990c4a75665f9990c4a757 65f9990c3d21a65f9990c3d21b171085646065f9990c3d21765f9990c3d219 65f9990c27b1a65f9990c27b1b171085646065f9990c27b1765f9990c27b18 65f9990c1a50c65f9990c1a50d171085646065f9990c1a50965f9990c1a50b 65f998be97b7b65f998be97b7c171085638265f998be97b7765f998be97b79 65f998be8b74f65f998be8b750171085638265f998be8b74c65f998be8b74e 65f998be7021d65f998be7021e171085638265f998be7021b65f998be7021c 65f998be7fa6365f998be7fa64171085638265f998be7fa6065f998be7fa61

Paylaş: