Paşinyan Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edib.

Globalinfo.az bildirir ki, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Aİ-nin mülki missiyasının Ermənistan- Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunublar.