125

Yasamal rayonu İcra Hakimiyyətinin əməkdaşı vəfat edib. 

Globalinfo.az bildirir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Babayev Emin İsa oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, İcra Hakimiyyətində böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi idi.

Qeyd edək ki, o, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Vüqar Babayevin qardaşıdır.

Paylaş: