“İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat “Hizbullah” üzvünün idarə etdiyi motosikleti vurub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Livan 24” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, hadisə Livanın cənubundakı Beyt Lif şəhəri yaxınlığında baş verib:
“Döyüşçü aldığı yaralardan yerindəcə dünyasını dəyişib”.
Məlumata görə, başqa bir dron Baraşit və Şakra şəhərləri arasında yerüstü hədəfi vuraraq buldozerə raket atıb:
“Səhər saatlarında İsrail qüvvələri sərhəddəki Hula kəndinə daxil olub. Şahidlərin sözlərinə görə, əsgərlər “Hizbullah” tərəfdarına məxsus yaşayış binasını minalayıb, sonra isə partladıblar”.
Əliyar Xəlil
Globalinfo.az