Erməni AzTV-yə danışdı, gerçək bilindi – VİDEO

Qarabağdan Ermənistana gedən ermənilərdən birinin AzTV-nin əməkdaşına verdiyi açıqlama mühüm məqamı üzə çıxarıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, keçid məntəqəsində avtomobili xarab olan erməni sakin ona yardım edildiyini, yemək verildiyini, maşınının təmir olunduğunu bildirib.

Daha sonra Ağdərədən gəldiyini bildirən erməni sakin etiraf edib ki, əvvəllər Rusiyada yaşayıb, 9 il əvvəl isə əvvəl İrəvana, oradan da Ağdərəyə köçürülüb.

Həmçinin bildirib ki, İrəvandan çox sayda erməni Ağdərəyə köçürülüb.

Bu açıqlama Qarabağdan köçən ermənilərin əslində kimliklərini ortaya qoyur. Bəlli olur ki, bu günlər Qarabağdan tələm-tələsik çıxanların əksəriyyəti Qarabağda yaşamayan, işğaldan sonrakı illərdə bura köçürülənlərdir. İllərdir Qarabağda yaşayan ermənilərin sayı bu qanunsuz köçürmələrin hesabına artırılıb.