Ermənilər şəkilli qəbir daşlarımızı görün hara döşəyib – VİDEO

IMG 20231104 004907 504

Azərbaycanlılar Ermənistandan deportasiya olunandan sonra Ermənistandakı, eyni zamanda, işğal zamanı Qarabağdakı azərbaycanlılara məxsus qəbiristanlıqdan mərmər başdaşıları sökən ermənilər onları müxtəlif şəkildə istifadə edib. Bu başdaşılardan mağazaların döşəməsində də istifadə edildiyi üzə çıxıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat və fotoları tarixçi alim Zaur Əliyev paylaşıb.

O bildirib ki, qəbiristanlıqlardan toplanmış azərbaycanlılara məxsus məzar daşlarının döşəndiyi mağaza Ermənistanda yerləşir:

“Üzərində rəhmətə getmiş azərbaycanlıların rəsmləri olan mərmər daşlar ayaq altında, döşəmədə istifadə edilib”.

Alim xatırladıb ki, bunu jurnalist Natalya Aleksandrovna görüb, kadrlar çəkib. Faktı bloger Roman Baqdasaryan da təsdiq edib.

IMG 20231104 004908 331 IMG 20231104 004908 120 IMG 20231104 004908 064 IMG 20231104 004908 139 IMG 20231104 004908 275