ABŞ Zəngəzurun Bakıya verilməsinə susacaq, çünki…

“Qərb bizə kömək etməkdə, Qarabağı və Zəngəzuru saxlamaqda maraqlıdır, ancaq erməni hakimiyyəti onlara qulaq asmaq istəməyəndə, xalq isə susanda razılaşmaqdan başqa yolları qalmır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli Demokratik Qütb siyasi hərəkatının üzvü Vaqe Qasparyan deyib.

“Əgər sabah Paşinyan Zəngəzuru da vermək istəsə, ABŞ heç nə edə bilməyəcək. Bu, yalnız bizim suveren hüququmuzdur. Biz isə bu hüquqdan imtina edəndə Qərb razılaşmalı olur.

O satır, xalq susur. O yenə satacaq, xalq susacaq. Qarabağ, anklavlar, Zəngəzur, yollar, dəhlizi də satacaq”, – V.Qasparyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az