1770757627 1769944942 zelenskii 900x600 2

ABŞ Ukraynadan İran dronları ilə mübarizədə kömək istəyib.

Globalinfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Radio France”ə verdiyi müsahibədə bildirib .

ABŞ-dan və bəzi Körfəz ölkələrindən, xüsusən də pilotsuz təyyarələrə qarşı mübarizə imkanları baxımından dəstək üçün müraciətlər almışıq”, – deyə o bildirib.

Zelenski əvvəllər Ukraynanın artıq üç Yaxın Şərq ölkəsinə pilotsuz təyyarələrə qarşı mübarizə üzrə ekspert qrupları göndərdiyini açıqlayıb.

“Biz kömək etməyə hazırıq. Hərbçilər həftənin sonunda geri qayıdacaq və tam hesabat təqdim edəcəklər. Tərəfdaşlarımızın bizdən gözlədiyi yardımın əhatə dairəsini başa düşəcəyik”, – deyə Ukrayna lideri bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: