BeFunky collage 9

İranın xarici işlər naziri Abbas Əraqçinin İraqdan görüntüləri gündəm olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial mediada kadrlar yayılıb.

Belə ki, iranlı nazir Kərbəla şəhərində yerləşən Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahını ziyarət edib.

Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə maraq doğurub.

Video qısa zamanda minlərlə baxış toplayıb, istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

Qeyd edək ki, Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahı şiə müsəlmanları üçün ən müqəddəs məkanlardan biri hesab olunur və hər il milyonlarla zəvvar tərəfindən ziyarət edilir.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü – iyunun 28-də İraqa səfər edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: