ABŞ səfiri Rusiya XİN-ə çağırıldı – SƏBƏB

ABŞ səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya XİN-in məlumatında qeyd olunur ki, səfirə üç ABŞ QHT-nin Rusiyada arzuolunmaz elan edildiyi bildirilib.

L.Treysiyə bu QHT-lərin ABŞ səfirliyinin dəstəyi ilə anti-Rusiya proqramları həyata keçirdiyi deyilib.

Səfirə etiraz notası təqdim olunub və ABŞ-ın Rusiyadakı səfirliyinin sözügedən üç QHT ilə əlaqəni kəsməsi barədə xəbərdarlıq olunub.

Əliyar Xəlil
Globalinfo.az