saakasvili

Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkisində qalib gələcəyi halda Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını qeyri-konstitusion elan edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat hakim partiyanın bəyanatında yer alıb.

“Seçkidə konstitusional üstünlük qazanmağımız siyasi sistemin sağlamlaşdırılması üçün vacibdir. Bu isə Vahid Milli Hərəkat Partiyasını siyasətdən uzaqlaşdırmadan mümkün deyil. Üstünlük qazandıqdan sonra biz hüquqi proses elan edəcəyik və nəticədə sözügedən partiya, onun peykləri və ya davamçıları qeyri-konstitusion olacaqlar”, -bəyanatda yer alıb.

Partiya M.Saakaşvilinin partiyasını indiyə qədər onların xaricdə himayətdarları olduğu üçün cəzalandıra bilmədiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: