Tramp hC999dC999

ABŞ Venesuelanın neft sektorunda Rusiyanın və Çinin mövqelərini zəiflədən mühüm razılaşma əldə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” iki amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın “North American Blue Energy Partners” (NABEP) korparasiyası əvvəllər Rusiya və Çin şirkətləri tərəfindən işlədilən bir neçə neft yatağına nəzarəti əldə edəcək.

Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp Venesuela ilə əldə olunan razılaşma çərçivəsində ölkənin 65 milyard barrel həcmində təsdiqlənən neft ehtiyatlarına ABŞ-ın nəzarət əldə edəcəyini açıqlayıb. Razılaşmaya əsasən, Çin şirkətləri tərəfindən işlədilən 5, Rusiya şirkəti tərəfindən idarə olunan 1 neft yatağı NABEP-in nəzarətinə keçəcək. Ümumilikdə şirkət Venesuelada 14 neft hasilatı müqaviləsi əldə edəcək. NABEP yataqların operativ idarəçiliyini həyata keçirəcək. ABŞ hökuməti isə şirkətdə 35 faiz paya sahib olacaq və hasil olunan neftin 20 faizini maya dəyəri ilə əldə etmək üçün üstün hüquq qazanacaq. Tramp sazişi “dünya tarixində ən böyük neft razılaşması” adlandırıb.

Bildirilir ki, söhbət Venesuelanın təsdiqlənən neft ehtiyatlarının təxminən beşdəbirindən gedir. 65 milyard barrel həcmində ehtiyat ABŞ-ın öz təsdiqlənən neft ehtiyatlarını da üstələyir. 2024-cü ilin sonuna ABŞ-da bu göstərici təxminən 46 milyard barrel olub. Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriges razılaşmanın 17 strateji neft yatağının özəl operatorlar tərəfindən işlənməsini nəzərdə tutduğunu bildirib. Karakas 100 milyard dollardan çox özəl investisiya cəlb etməyi və 209 milyard dollardan artıq vergi gəliri götürməyi planlaşdırır. ABŞ Dövlət katibi Marko Rubio da saziş çərçivəsində Venesuelaya təxminən 100 milyard dollar həcmində özəl investisiya yatırılmasının gözlənildiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: