Ukraynanın “Dnepr-1” batalyonu Rusiyada terrorçu birlik kimi tanınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında məlumat dərc olunub.
Bu qərar Cənub Rayon Hərbi Məhkəməsi tərəfindən 2023-cü il dekabrın 14-də çıxarılıb. 25 iyun 2024-cü ildə qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl Cənub Dairə Hərbi Məhkəməsi “Gürcüstan Milli Legionu” könüllü təxribat və kəşfiyyat dəstəsini terror təşkilatı kimi tanıyıb. Hazırda Rusiyada bölmənin fəaliyyəti qadağandır.
Müşviq Tofiqoğlu
Globalinfo.az