abs 2

ABŞ-ın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışma olub.

Globalinfo.az xəbər verir ki, şübhəli və ya zərərçəkənlər barədə məlumat verilməyib.

Yerli xəbər agentlikləri yaralananların və ölənlərin dəqiq sayının qeyri-müəyyən olduğunu bildirib.

“Lakin ən azı beş nəfər, ola bilsin ki, daha çox adam güllələnib. Xəsarət alanlar var. Polis ictimaiyyəti ərazidən uzaq durmağa çağırıb”, – deyə mediada əks olunub.

Məsələnin təfərrüatları araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: