
Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasla danışacaq.
Globalinfo.az xəbər verir ki, söhbət zamanı 9 may tarixində baş nazirin Moskva səfəri gündəmdə olacaq.
“Kallas yüksək rütbəli məmurdur. Amma o, suveren ölkənin baş nazirinə nə etməli olduğunu deyə bilməz. Bu, artıq ikinci dəfə idi. Əlbəttə ki, Kallasa fikrimi qəti şəkildə izah edəcəm. O, mənim rəhbərim deyil. Ümumiyyətlə, Aİ xarici siyasətinə diqqət yetirməlidir”.
Qeyd edək ki, bundan əvvəl Kallas Slovakiyanın Baş naziri Robert Fitsonun Moskvadakı paradda iştirakından narazılığını bildirib.
Günay Rəsulqızı
Globalinfo.az