unlulere yonelik uyusturucu sorusturmasi 35 supheli hakkinda gozalti karari aner

Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində aktyorlar Özcan Dəniz və Dəniz Çakır da daxil olmaqla 35 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi fahişəlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, təminatı, istifadəsi və saxlanması ilə bağlı genişmiqyaslı araşdırma aparır.

İstintaq çərçivəsində şübhəlilərin və şahidlərin ifadələri, müsadirə olunmuş mobil telefonlar, eləcə də rəqəmsal materialların ekspertiza nəticələri araşdırılıb. Əldə olunan məlumatlar əsasında bəzi şəxslərin narkotik vasitələrdən istifadə etməsi və ya onları saxlaması ilə bağlı şübhələr yaranıb.

Prokurorun göstərişi ilə müəyyən edilən 35 şübhəli saxlanılıb. Onların arasında aktyor Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır da var.

Əliyar Xəlil,

Globalinfo.az 

Paylaş: