Gemini Generated Image l96cu3l96cu3l96c

Keniyanın Hind okeanı sahilində yerləşən Kvale bölgəsində milyardlarla dollar dəyərində qiymətləndirilən mineral ehtiyatları beynəlxalq şirkətlərin diqqətini cəlb edib.

Globalinfo.az xəbər verir ki, söhbət nadir torpaq elementləri və niobium ehtiyatları ilə zəngin olduğu ehtimal edilən Mrima Hill təpəsindən gedir.

İlkin qiymətləndirmələrə görə, ərazinin yeraltı sərvətlərinin potensial dəyəri təxminən 62 milyard dollar təşkil edir. Məlumata görə, Mrima Hill ərazisindəki mineral ehtiyatlar xüsusilə texnologiya və enerji sənayesi üçün böyük əhəmiyyət daşıyır.

Bu minerallardan elektrik avtomobillərinin, külək turbinlərinin, elektron cihazların və müdafiə sənayesində istifadə olunan müxtəlif məhsulların istehsalında yararlanmaq mümkündür.

Bölgənin digər mühüm sərvətlərindən biri olan niobium isə yüksək möhkəmliyə malik poladların və xüsusi ərintilərin hazırlanmasında istifadə edilir.

ABŞ-ın rəhbərlik etdiyi “Frontier Minerals” konsorsiumu altı aydan çox davam edən rəqabətdən sonra ərazidə geoloji kəşfiyyat aparmaq hüququ əldə edib.

Konsorsiuma “American Resources Corporation”, “ReElement Technologies” və “Bunker Hill Mining Group” şirkətləri daxildir.

Layihənin həyata keçirilməsi Keniyanın qlobal mədən sənayesində mövqeyini gücləndirə və ölkənin iqtisadiyyatına böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yarada bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: