Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya və Çinin müharibənin bitməsi ilə bağlı təklif etdiyi sülh planını destruktiv adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Braziliyanın “Metropoles” portalına müsahibəsində bildirib.
Ukrayna prezidenti təklif olunan sülh planının sadəcə siyasi bəyanat olduğunu deyib:
“Çin-Braziliya təklifləri destruktivdir. Biz hər iki ölkəyə sülh planları ilə bağlı birgə müzakirə apamağı təklif etmişik. Lakin onlar təkliflərini Kiyevdən əvvəl Moskva ilə müzakirə ediblər. Biz axmaq deyilik”.
Əliyar Xəlil
Globalinfo.az