ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə texnologiya şirkəti olan “Nvidia” və onun baş direktoru Censen Huanq ilə bağlı durumu ətraflı müzakirə edib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə verdiyi müsahibədə bildirib.
“Mən Çin lideri ilə Censen barədə ətraflı müzakirə apardım. O, həqiqətən Censeni tanımır. Buna təəccübləndim. O, həqiqətən çox ağıllıdır və bu, ölkə üçün vacibdir. Biz ağıllı insanları sevirik”, – deyə Amerika lideri əlavə edib.
Qeyd edək ki, Censen Huanq “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə bərpa edilib. O, noyabrın 12-də istefa vermişdi.
ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqton administrasiyasının “Nvidia” rəhbərliyindən şirkətin ən yeni məhsulları haqqında məlumatların Çin tərəfinə ötürülməsi ehtimalı ilə bağlı təcili izahat tələb etdiyini açıqlamışdı.
Çin Xarici İşlər Nazirliyi isə qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.