f80d6377 45b7 4ab2 a3fd 6431c8a9c492 1

Bakıda kişi 3-cü mərtəbədən yıxılaraq ölüb.

Globalinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində aparılan söküntü ilə əlaqədar tullantıları daşımaq üçün ora gələn yük avtomobilinin sürücüsü, Xocalı rayon sakini, 30 yaşlı Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Paylaş: