“Sabah”ın futbolçusu Eyden Makkarti “Vikinq”lə qarşılaşmada qırmızı vərəqə aldığı üçün UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, rəqibinə qarşı aşkar kobudluq edən oyunçu Avropa futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib. Bununla Makkarti “Barselona” və “Vilyareal”la görüşləri buraxacaq.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Bakıda “Barselona” ilə qarşılaşacaq.

Paylaş: