markl

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Sasseks hersoginyası Meqan Marklın atası Tomas Marklı uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaqda şübhəli bilərək saxlayıb.

Globalinfo.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, 82 yaşlı Tomas Markl noyabrın 6-da Florida ştatının Leyklend şəhərində yerləşən qocalar evində saxlanılıb. Hüquq-mühafizə orqanları bir neçə gün əvvəl Marklın Meksikanın Rosarito şəhərindəki keçmiş evinin yaxınlığında icarəyə götürdüyü anbarda qanunsuz materiallar aşkar ediblər. Onun saxlanılmasından əvvəl Filippində də müvafiq araşdırma aparılıb.

Qeyd edək ki, oktyabrın 23-də “The Sun” nəşri Tomas Marklın uşaq pornoqrafiyası materiallarını saxlamaqda şübhəli bilinərək istintaqa cəlb edildiyini yazmışdı.

İddiaları onun oğlu Tomas Markl-kiçik irəli sürüb. O, Filippində atasına məxsus evdə dörd böyük qutuda yüzlərlə, hətta minlərlə qanunsuz görüntü aşkar etdiyini bildirib. Həmin materiallar arasında azyaşlıların cinsi istismarını əks etdirən videoların da olduğu iddia edilib.

Məsələyə münasibət bildirən Meqan Markl isə atasına qarşı irəli sürülən ittihamlardan təəccüblənmədiyinə işarə edərək zərərçəkmiş uşaqlardan narahat olduğunu vurğulayıb. Tomas Markla qarşı irəli sürülən şübhələr üzrə məhkəmənin yekun qərarı barədə məlumat verilməyib.

Paylaş: