Belçikada 2027-ci ilin dövlət büdcəsi ətrafında yaranan fikir ayrılıqları hökumətin istefası məsələsini gündəmə gətirib. Lakin Kral Filip kabinetin istefasını qəbul etməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı baş nazir Bart de Veverə büdcə ilə bağlı siyasi kompromis əldə etmək üçün danışıqları davam etdirməyi tapşırıb.
Kral sarayının bəyanatında da baş nazirin qarşısında duran əsas vəzifənin 2027-ci ilin büdcəsi üzrə razılığın əldə edilməsi olduğu vurğulanıb.
Beləliklə, hökumət büdcə müzakirələrini davam etdirmək üçün fəaliyyətini saxlayacaq.
Safura Bənnayeva
Globalinfo.az