8 kisinin katili dehset anlarini ifadesinde tek 20401687 3851 sd

Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfərin qətlində şübhəli bilinən və Eskişehirdə saxlanılan Arif Sefa Özdemirin jandarmaya verdiyi ifadənin təfərrüatları üzə çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, şübhəli törətdiyi cinayətləri etiraf edərək hadisələrin necə baş verdiyini ardıcıllıqla danışıb.

Özdemir ifadəsində ilk üç qurbanını öldürmək qərarına əvvəlcədən gəldiyini və onları kənd ərazisinə apararaq qətlə yetirdiyini deyib. Daha sonra hadisə yerindən qaçmaq məqsədilə avtomobillərini ələ keçirmək istədiyi şəxslərə də hücum edib.

İfadədə diqqət çəkən məqamlardan biri də iki qadın müəllimin qətlə yetirilməsi ilə bağlıdır. Şübhəlinin sözlərinə görə, o, müəllimələrə atəş açmazdan əvvəl 10-dan geriyə sayıb.

Bundan başqa, qaçdığı müddətdə Özdemirin özünü Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı kimi təqdim etdiyi və kənd muhtarlarından silah almağa cəhd göstərdiyi də məlum olub.

Hadisə ilə bağlı istintaq davam edir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: