images 2026 11 06T141001.553

Türkiyədə sabiq deputat Mustafa Sarıgül və ailə üzvlərinin adlarının hallandığı çirkli pulların yuyulması işi üzrə istintaq davam edir. Araşdırmanın yeni mərhələsində daha 11 nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, istintaq çərçivəsində saxlanılan şəxslərin ümumi sayı 28-ə yüksəlib. Onların arasında Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil, oğulları Ömər və Əmir Sarıgül, eləcə də jurnalist Murad Ağırel də yer alır.

İş üzrə araşdırma davam etdirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: