Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda baş verən yol qəzası ölümlə nəticələnib.
Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Əliyar Xəlil
Globalinfo.az