ermeni

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni milli kimliyinin formalaşması ilə bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Ümumdünya Erməni Sammiti 2026”da çıxışı zamanı danışıb.

Paşinyan bildirib ki, ermənilər 301-ci ildən əvvəl də mövcud olublar.

“301-ci ildən əvvəl biz erməni idik, ya yox? Aydındır ki, həmin dövrdə xristianlıq dövlət dini statusu daşımırdı, erməni əlifbası və kilsə isə hələ mövcud deyildi. Bəs biz nəyin bahasına erməni idik? Cavab bəllidir. Biz öz kimliyimizi krallarımızdan əldə etmişik. Eramızdan əvvəl I əsrdə niyə erməni adlanmışıq? Çünki bizim krallarımız erməni olublar. Deməli, bu, belə bir tezisi sübut edir ki, bizim dövlətimiz bizim kimliyimizdir, kimliyimiz isə dövlətimizdir. Bu, gələcək düşüncələrimiz və fəaliyyətlərimiz baxımından fundamental əhəmiyyət daşıyan bir təsbitdir” – deyə Paşinyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: