Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfərin həyatını itirdiyi silahlı hücumun mümkün səbəbi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, hadisənin şübhəlisi Arif Sefa Ö.-nün həmyerlisi Ali İhsan Adatepe hücumun borc mübahisəsi zəminində baş verdiyini iddia edib.
Onun sözlərinə görə, şübhəli şəxs əvvəllər borc məsələsinə görə onu döyən şəxslərə qarşı pusqu qurub.
Daha sonra hadisə yerindən qaçmağa çalışarkən avtomobillərini ələ keçirmək istədiyi digər şəxslərə, o cümlədən qadın müəllimlərə atəş açıb.
Adatepe bu məlumatları şəxsi müşahidələrinə deyil, eşitdiklərinə əsasən açıqladığını bildirib.
Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma davam edir.
Safura Bənnayeva
Globalinfo.az