zelenski 1

“Ukrayna onlayn seçkilərin keçirilməsi imkanını nəzərdən keçirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “TASS”a açıqlamasında deyib.

“Bu mümkündür, amma parlament həll yolları tapmalı olacaq”, – deyə o bildirib.

Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatdı, lakin Kiyev hərbi vəziyyətin bitməsinə qədər bunun mümkün olmadığını deyərək müntəzəm seçkilər keçirmədi.

10 oktyabrda ABŞ Prezidenti Donald Tramp Zelenskinin seçkilər keçirməli olduğunu münaqişəyə son qoyub sülh müqaviləsi imzalaya biləcəyini dedi.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: