rubio 1

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubionun istefa verməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, qurum “Independent” qəzetinin məqaləsini “yalan və əsassız” adlandırıb.

ABŞ Dövlət Departamentinin köməkçi dövlət katibi Dilan Conson X sosial şəbəkəsində yazıb:

“Bu, tamamilə əsassız, anonim mənbələr tərəfindən uydurulmuş saxta xəbərdir”.

Qəzet ABŞ və Böyük Britaniyadakı adı açıqlanmayan yüksək vəzifəli mənbələrə istinadən iddia edir ki, Rubio öz prezidentlik kampaniyasına başlamaq üçün istefa verəcək.

Qeyd olunurdu ki, Respublikaçılar Partiyasından onun əsas rəqibi ABŞ vitse-prezidenti Ceyms Di Vens olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: