Gəncədə iki avtomobil toqquşub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.
Belə ki, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Mercedes” idarəetməni itirərək aşıb.
Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma başlanılıb.
