qeza gence

Gəncədə iki avtomobil toqquşub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​

Belə ki, “Volkswagen Passat” markalı avtomobilin sürücüsü Pərviz Hüseynov  ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan “Mercedes” markalı avtomobillə toqquşub.  Qəza nəticəsində “Mercedes” idarəetməni itirərək aşıb.

​Hadisə zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan  sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma başlanılıb.

f4f79d1e 76a0 42c4 a295 a5975fe305bc

Paylaş: