Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin NATO-ya qoşulmaq niyyətində olmadığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı çıxışında Ermənistanın Şimali Atlantika Alyansına üzvlüyünün ölkənin siyasi gündəliyində olmadığını bildirib.
Baş nazir bununla yanaşı, Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində artıq prosesə başladığını vurğulayıb. Onun sözlərinə görə, ölkənin NATO-ya qoşulması ilə bağlı heç vaxt belə bir məqsədi olmayıb.
Paşinyan Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində qəbul olunan bəyannamədə NATO-ya geniş istinadların yer aldığını xatırladıb və Ermənistanın həmin sənədi imzalamamasının səbəbini bununla əlaqələndirib.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlamasını nəzərdə tutan qanun qəbul edib.
Rusiya tərəfi isə daha əvvəl Ermənistanın həm Avropa İttifaqının gömrük ittifaqında, həm də Avrasiya İqtisadi İttifaqında eyni vaxtda iştirak edə bilməyəcəyini bəyan etmişdi.