Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında qanun pozuntularına yol verilməsi iddiası ilə açılan cinayət işi üzrə məhkəmə hökmü elan edilib. Ekrem İmamoğlunun da aralarında olduğu 9 nəfər 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məhkəmə İmamoğlu, Rıza Akpolat, Özgür Çelik, Nihat Yeşiltaş, Baki Aydöner, Erkan Aydın, Mehmet Kılınçarslan, Metin Güzelkaya və Serhat Can Eşi səsverməyə müdaxilə edərək nəticələri saxtalaşdırmaqda təqsirli bilib.
Hökmə əsasən, həmin şəxslərin hər biri 2 il 1 ay həbs cəzasına məhkum edilib. Onlara, həmçinin siyasi fəaliyyətlə məşğul olmaq qadağası tətbiq olunub.
Digər üç təqsirləndirilən – Cemil Tuğay, Hüseyn Yaşar və Özgen Nama barəsində isə bəraət qərarı çıxarılıb.
Əliyar Xəlil,