l54820250917134515

Süni intellekt (Sİ) kiberməkanda həm hücum, həm də müdafiə əməliyyatlarının sürətini və miqyasını kəskin artırır.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton məlumat verib.

“Superintellekt kibertəhlükəsizlik sahəsində vəziyyəti köklü şəkildə dəyişir. O, hücum və müdafiə xarakterli kiber əməliyyatların sürətini, miqyasını və mürəkkəbliyini kəskin artırır. Bu, təkcə kiberməkandakı əməliyyatlara deyil, həm də milli təhlükəsizliyə, döyüş meydanındakı vəziyyətə və ticarətə aiddir”, – Kleyton deyib.

O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində keçirilən dinləmələrdə süni intellektin biznesin aparılması, müharibə və terrorizmlə mübarizə üsullarını hər gün dəyişdiyini vurğulayıb.

Paylaş: