İspaniyanın Milli Məhkəmə Kollegiyası məşhur müğənni Xulio İqlesiasa qarşı irəli sürülən iddia ərizəsini icraata qəbul edib. Müraciəti sənətçinin keçmiş iki qadın əməkdaşı təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS hüquq orqanının rəsmi məlumatına istinadən xəbər yayıb.
Qurumun açıqlamasına görə, şikayətdə müğənni cinsi qısnama ilə yanaşı, bədən xəsarətləri yetirməkdə və ləyaqəti alçaldan rəftarda da ittiham olunur.
Yanvarın 13-də “elDiario” nəşri iki qadının İqlesiasın malikanələrində işlədikləri müddətdə onun tərəfindən cinsi qısnama və zorakılığa məruz qaldıqlarını iddia etdiklərini yazıb.
Hadisələrin 2021-ci ildə müğənninin Dominikan Respublikası və Baham adalarında yerləşən evlərində baş verdiyi ehtimal olunur. Şikayətçilərdən biri xadimə, digəri isə fizioterapevt kimi çalışıb.
Xulio İqlesias isə ittihamları yalan adlandıraraq rədd edib.
Qeyd edək ki, 83 yaşlı sənətçi ispandilli musiqi dünyasının ən tanınmış və kommersiya baxımından uğurlu ifaçılarından biri hesab olunur.
Əliyar Xəlil,