Rusiya Prezidenti Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirakı Qərbin Moskvanı beynəlxalq siyasi səhnədən təcrid etmək cəhdlərinə cavab kimi qiymətləndirilib.
Globalinfo.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Putin noyabrın 17-də sammitin keçirildiyi Çinin Şençjen şəhərinə gəlib.
Rusiya liderinin tədbirdə iştirakı və ABŞ Prezidenti Donald Tramp, eləcə də Çin lideri Si Cinpinlə eyni platformada görünməsi diqqət çəkib.
Nəşr yazır ki, Putin doqquz ildən sonra ilk dəfə APEC liderlərinin ənənəvi qrup fotosunda yer alıb. O, Tramp və Si Cinpinlə birlikdə fotonun mərkəzi hissəsində dayanıb. Bloomberg bunu Qərbin Rusiyanı beynəlxalq səviyyədə təcrid etmək cəhdlərinə Moskvanın nümayişkaranə cavabı kimi şərh edib.
Məqalədə həmçinin qeyd olunur ki, qrup fotosunda liderlərin yerləşdirilməsi təsadüfi deyil. Belə görüntülər iştirakçı ölkələrin beynəlxalq münasibətlər sistemindəki mövqeyini və siyasi əlaqələrini simvolik şəkildə nümayiş etdirir.
Tahir Turan
Globalinfo.az